15-09-2018 14:10
927
Sərgi çərçivəsində sentyabrın 8-də milli stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Avrasiya Xalqları Assambleyasının Media Mərkəzinin rəhbəri Lyubov Yelkina, Avrasiya Xalqları Assambleyasının Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş olmuşdur. Görüşdə 2019-cu ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunmuş, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülmüşdür.
Sərginin yekununda ugurla iştiraka görə milli ekspozisiyamiz diplomla mükafatlandırılmışdır.

























