16-07-2018 13:27
1226
Kordova
(İspaniya) Saray Kitabxanası
Əndəlüs Əməvi dövləti – Avropa ərazisində qurulmuş,
700 ilə yaxın İspaniyaya hakim olmuş və bu ərazilərdə həm İslamın təbliğ
olunmasında, həm də böyük bir mədəni intibaha səbəb olmuş müsəlman krallığıdır.
Doğrudur, müsəlmanların İspaniya ərazisinə gəlişi Tariq ibn Ziyadın adı ilə
bağlıdır, ancaq bundan öncə müsəlmanların qarşısında duran ilk vəzifə Şimali
Afrikaya sahib olmaq idi. Buranın yerli əhalisi olan bərbərilərin İslamı qəbul
etmək-lərinə baxmayaraq, yenə də zaman-zaman üsyan çıxarırdılar. İspaniyanın fəthi
birinci mərhələdə, 700-cü illərin başlanğıcında ərəblərin İber yarımadasını ələ
keçirib İspaniya sərhədlərində dayandırılmasıyla başa çatdı. Bir məqamı da qeyd
edək ki, o dövr üçün İspaniya dediyimiz ərazi əslində frank krallığıdır. Yəni
bu bölgə heç də onların ana vətəni deyildi. Hər nə qədər bu düşüncədə olub,
15-ci əsrdə ispanyollar "yenidən fəth” adıyla müsəlmanların üzə-rinə hücuma
keçsələr də, əslində özləri də yarımadaya ərəblərdən 3 əsr öncə yerləşmişdilər.
Əməvilər sülaləsinin 750-ci ildə süqut etməsilə
yerinə Abbasilər sülaləsi keçdi. Əməvilərin son xəlifəsi olan Abdurrahman bin
Muaviyə Əndəlüsə (İspaniyaya) qaçaraq burada Əndəlüs Əməvi dövlətini qurdu. Bu
dövlət 284 il öz varlığını qoruyub saxladı. Dövlətin qurulmasından az sonra
ordu gücləndirildi, təsərrüfat və sənaye inkişaf etdirilməyə başladı, Əndəlüsdən
İstanbula qədər iqtisadi münasibətlər quruldu, çoxlu sayda yollar, mədrəsələr,
məscidlər tikildi.
Günü-gündən inkişaf edən Əndəlüs əməviləri III
Abdurrahman Hadurinin dövründə siyasi baxımdan Abbasi asılılığından tamamilə
qurtularaq müstəqil xəlifəliyini elan etmişdi. Bu dövrdə onlar xristian
ordularına qalib gəlib, eyni zamanda siyasi, iqtisadi və fikri üstünlüyün zirvəsinə
yetişdi. İslamı İspaniya vasitəsilə Avropaya yaydılar. Fəs, Qərnət, Kordova
universitetlərini qurub elmi bilikləri inkişaf etdirdilər. Bu gün Avropada
inkişaf etmiş bir çox elm sahələrinin, xüsusilə də tibbin və astronomiyanın təməlləri
o dövrlərdə qoyulmuşdu.
Kordova- Əndəlüs Əməvi (İspaniya) dövlətinin ərazisinə və əhalisinin sayına görə ən böyük,
ən zəngin və ən gözəl mədəniyyət mərkəzlərindən biridir. X əsrdə bu şəhərdə əhalinin
sayı beş yüz minə çatmışdı. O dövrdə şəhərdə yeddi yüz məscid, altmış min ev,
doqquz yüz hamam, yеtmiş
kitabxana (onların birində bеş yüz min əlyazma kitab vardı) fəaliyyət göstərirdi.
Avropada ilk dəfə, Kordovanın küçələrində gecə lampaları quraşdırılmışdı.
İstər Kordovada, istərsə də digər şəhərlərdə saysız
kitabxana binalarının inşa olun-masına və zəngin kitabxanaların təsis edilməsinə
baxmayaraq, şübhəsiz ki, müsəlman İspaniyada fəaliyyət göstərən ən böyük və ən
zəngin kitabxana Kordovada yerləşən saray kitabxanasıdır. Əndəlüs Əməvi dövlətinin
qurulduğu vaxtdan etibarən yavaş-yavaş forma-laşan bu kitabxana, xüsusilə II
Abdurrahman, III Abdurrahman və II Hakəmin xəlifəliyi dövründə inkişaf
etdirilib Orta dövr İslam dünyasının ən böyük kitabxanası halına gətiril-mişdir.
II Hakəm, Əndəlüs Əməvi xəlifələri içərisində
elmi fəaliyyətlərə və mədəni intibaha ən çox maraq göstərən xəlifə olaraq
tanınır. Xəlifə, Şərqədki müxtəlif mədəniyyət mərkəzlərinə göndərdiyi elçiləri
və tədqiqatçı heyətlər vasitəsilə saysız kitablar satın alaraq öz kitabxanasını
zənginləşdirir. Hökmdar olduğu zaman, atası III Abdurrahmandan miras qalan
Kordova saray kitabxanasından əlavə, bu kitabxanaya nisbətən kiçik olan iki əlavə
kitab kolleksiyası da mövcud olmuşdur ki, bunlardan biri qardaşı Məhəmmədə, digəri
isə özünə aiddir. II Hakəm mövcud saray kitabxanasıyla birlikdə digər iki
kolleksiyanı da birləşdirib böyük və zəngin bir saray kitabxanası təsis edir.
Kitabxanada 400. 000-dən artıq kitabın olduğu bildirilir. Və günü-gündən zənginləşən
kitabxananın binasında bir müddət sonra darısqallıq olduğuna görə, yeni bir
kitabxana binası inşa edilib, kitabxana altı ay müddətində oraya köçürülmüşdür.
Orta əsr İslam dünyasının ən böyük elm və mədəniyyət məbədi
olan bu kitabxanada satın alınan kitablarla birlikdə, əlyazma üsulu ilə çoxaldılan
kitablar da mövcud idi ki, həmin kitablar nadir tapılan və satın alınması
mümkün olmayan kitablar idi. Məhz bu səbəbdən xəlifə, həmin kitabların əldə
olunması və çoxaldılması üçün kitabxanada əlyazma üsulu ilə kitab hazırlayan
xüsusu adamlar – yazıçılar, cildçilər, tərcüməçilər toplayıb, onları vəzifələndirmişdi.
Kordova saray kitabxanası II
Hakəm dövründə ən parlaq dövrünü yaşayırdı. II Hakəm-dən sonra taxta keçən oğlu
II Hişam hələ on dörd yaşında olduğu üçün dövlətin idarəçiliyini İbn Əbu Əmir
əl-Mənsur öz üzərinə götürür. Mənsur iqtidarı əlində saxlamaq üçün vaxtilə
II Hakəmin cəmiyyətdə foralaşdırdığı
azad davranış tərzi, düşüncə və fikir azadlığı, fərdiyyəçilik kimi kütləvi
düşüncə tərzinə zidd olan dəyərlərdən narahat olan kütləvi düşüncə tərzində
olan adamlardan bir qrup formalaşdırıb, onların vasitəsilə kitabxanada olan bir
çox elmi, populyar kitabları seçdirib, yandırtdırır. Mənsurun dövründə bir neçə
dəfə təkraralanan bu hadisə əsnasında kitabxana
böyük zərərlərə məruz qalır. Kordova kitabxanası Mənsurun ölümündən sonra daha
ikinci bir fəlakətlə qarşılaşır. Kordova şəhəri bərbərilər tərəfindən
mühasirəyə alınan zaman şəhərin Valisi muzdlu əsgərlərin aylıq maaşlarını verə
bilmir və əsgərlərin üsyan edəcəyindən ehtiyat etdiyi üçün tez bir zamanda bu
böhrandan çıxmaq məqsədilə kitabxanadakı bir çox kitabları satır. Çoxlu
bölmələrdən ibarət olan kitabxananın böyük bir bölməsi tamamilə boşalır, geridə
qalan bölmələr isə bərbərilərin şəhərə girdiyi zaman yağmalanır. Əndəlüs
əməvilərinin son dövrlərdə İslam əxlaqı və əhli-sünnə etiqadından yayınıb,
təqlidçiliyə üz tutmaları dövləti hərtərəfli zəiflətməyə başladı. əvvəllər qazandıqları
qələbələr və qısa zamanda göstərdikləri inkişaf səviyyəsi bir xəyala çevrildi.
III Hişam vəzirlərinin üsyan etməsi ilə
taxtdan endirildi, xəlifəlik aradan götürüldü, dövləti "Məşvərət Heyəti”
deyilən məclis idarə etməyə başladı. Qısa bir zmanda dövlət parçalandı və süqut
etdi. Yerində bir sıra kiçik dövlətlər quruldu.
Bu ərazidə getdikcə
zəifləməyə başlayan müsəlman mədəniyyəti tədricən təhrif olundu. Əndəlüs
əməviləri tərəfindən bu coğrafiyada inkişaf etdirilən mədəniyyət mərkəzləri,
məktəb binaları və kitabxanalar uçuruldu. Əndəlüsün müxtəlif şəhərlərinə dağıdılan Kordova
saray kitabxanasının kitabları da Ferdinandın və İzabellanın müsəlman mədəniyyətini
yox etmək siyasi prinsipi əsasında tanmamilə məhv edildi.
Müəllif: Sahib Altay






















