10-12-2013 14:51
866
İstanbul, 3 noyabr (AZƏRTAC). İstanbuldakı TÜYAP sərgi və konqres mərkəzində 32-ci beynəlxalq kitab sərgisi keçirilir.
Sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi stenddə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edən kitablar, klassiklərimiz, müasir yazıçı və şairlərimizin 245 əsəri təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycan ədibləri və ədəbiyyat tənqidçilərinin iştirakı ilə "Sözün iki qanadı-Məhsəti Gəncəvi, Nigar Rəfibəyli” mövzusunda konfrans və müasir Azərbaycan yazıçıları ilə görüş keçiriləcəkdir. Xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatları Aqil Abbas və Qənirə Paşayeva konfransda çıxış edəcəklər.

Sərgidə "Muğam üçlüyü”nün konserti də olacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul






















