10:05 şənbə, 14 Mart 2026
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Frankfurtda alman müəllim və tələbələrlə görüş keçirilib

15-10-2018 13:21
1158
Frankfurtda alman müəllim və tələbələrlə görüş keçirilib

Frankfurtda alman müəllim və tələbələrlə görüş keçirilib

Azərbaycandan geniş nümayəndə heyətinin qatıldığı, nüfuzuna görə dünya üzrə ön sırada olan Frankfurt Beynəlxalq Kitab Sərgisi bu il də çoxsayda ölkədən yüzlərlə quruma ev sahibliyi edir. Azərbaycanın "Şərq-Qərb", "Qələm", "Radius", "Bərəkət" və s. nəşriyyatları sərgi çərçivəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirir.

Xarici iştirakçıların və ziyarətçilərin diqqətini cəlb edən Azərbaycan stendində sərginin üçüncü günündə Almaniyanın Höte Universitetinin Kampuservis Akademiyasının müəllim və tələbələri ilə görüş keçirilib. 
Tədbirin əvvəlində Maynz-Azərbaycan Cəmiyyətinin sədr müavini Kayhan Bay Kömür qonaqları salamlayıb, Azərbaycanın milli mədəni dəyərləri,  bu gün ölkədə bütün sahələr üzrə həyata keçirilən innovativ layihələr barədə geniş məlumat verib. "Fərqliliyimiz zənginliyimizdir" şüarını əsas gətirərək, Azərbaycanın nümunəsində fərqli mədəniyyətlərin və fərqli dinlərin sülh şəraitində yanaşı yaşamasının və inkişaf etməsinin vacibliyini vurğulayıb. 

Tədbir boyunca qonaqların Azərbaycanla bağlı sualları cavablandırılıb.
Sonda qonaqlara Azərbaycan Tərcümə Mərkəzinin alman dilində nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatı antologiyası" hədiyyə edilib.









KEÇİDLƏR

SORĞU

Hansı kitablar sizin üçün daha maraqlıdır?