05:27 Cümə Axşamı, 26 Fevral 2026
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Azərbaycan kitabları Türkiyədə təbliğ edilir

01-09-2018 10:25
1035
Azərbaycan kitabları Türkiyədə təbliğ edilir

Türkiyənin 400 000 tirajla çap olunan "Sabah” qəzeti iyul ayının Kitab əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumat dərc edib.  

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən "Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə "Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 000-ə yaxın oxucuya çatdırılmışdır.

 Eyni zamanda məlumatda bildirilir ki, layihənin Türkiyə Respublikasında icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri Türkiyədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdən ibarətdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

 

Böyük sayda kitabsevərlər tərəfindən izlənilən "Sabah” qəzetinin Kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.



KEÇİDLƏR

SORĞU

Hansı kitablar sizin üçün daha maraqlıdır?