21-05-2016 15:42
887
Mayın 12-dən 16-dək İtaliyanın Turin şəhərində 29-cu Turin Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İtaliyanın ən böyük kitab sərgisində iştirak etməkdə məqsəd ölkəmizin kitab sənətinin, Qarabağla bağlı həqiqətlərin, turizm imkanlarının və nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıqların yaradılmasıdır. Tədbirdə yerli və xarici olmaqla 1100 təşkilat iştirak edəcək.
Azərbaycan ötən ildən Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.






















