07:28 çərşənbə, 23 Oktyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Respublika Kitabxana Kollektoru VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

30-09-2019 10:05
70
Respublika Kitabxana Kollektoru VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixində keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Respublika Kitabxana Kollektoru da iştirak etmişdir. Bakı İdman Sarayında təşkil olunan və üç gün boyunca davam edən sərgi-yarmarka böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Sərgi çərçivəsində Respublika Kitabxana Kollektoruna ayrılmış sahədə geniş kitab sərgisi nümayiş olunmuş və ayrı-ayrı şair, yazıçıların imza günləri keçirilmişdir.

  VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının üçüncü iş günü – sentyabrın 29-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə"Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş uşaq kitablarının təqdimatı keçirildi.

Tədbiri Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov açaraq "Bərpanəşr” layihəsi üzrə işıq üzü görən kitabların əhəmiyyətindən danışdı. Qeyd etdi ki, nümayiş olunan nəşrlər ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə çap olunan və kitabxananın "qızıl fond”unda saxlanılan kitablardır. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışlarının daha yaxşı formalaşması üçün xüsusi önəm kəsb edir.

Bildirildi ki, nazirliyin dəstəyi ilə həyata keçirilən "Bərpanəşr” layihəsi kitabxanalarda bir nüsxəsi qalmış nadir kitabların yenidən oxuculara təqdim olunmasında mühüm rol oynayır. 2016-cı ildən bu günə qədər layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb. Onların bir neçəsi Türkiyədə "Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi-yarmarkada isə layihə üzrə işıq üzü görən 11 adda uşaq kitabı təqdim olunur.

Sonra tədbir iştirakçıları təqdim edilən nəşrlərlə tanış oldular.