10:18 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Moskvada 30-cu Beynəlxalq kitab sərgisi – 2017

19-09-2017 11:17
367
Moskvada 30-cu Beynəlxalq kitab sərgisi – 2017
 Moskvadakı "Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb.
 Azərbaycan hər il keçirilən bu sərgidə 10-cu dəfə təmsil olunur.
 Beynəlxalq sərgidə dünyanın 39 ölkəsindən gələn naşirlər ən yaxşı kitab yeniliklərini təqdim edirlər. Azərbaycan 20 kvadratmetrlik stenddə müxtəlif nəşriyyat evlərinin 150-dən çox kitab və jurnallarını təqdim edir.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Elbəy Əli jurnalistlərə bildirib ki, Azərbaycan stendi Moskva sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycan mədəniyyəti, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin turizm imkanları və digər mövzulara həsr olunmuş maraqlı nəşrlər nümayiş etdirilir. Milli mətbəximizə həsr olunmuş rus dilində nəşrlər isə sərginin elə ilk günü ziyarətçilər tərəfindən alınıb.
 

 Azərbaycanın Rusiyadakı səfirliyində rəsmi nümayəndəsi Nigar Axundovanın sözlərinə görə, belə mötəbər sərgilərdə təmsil olunmaq ölkəmizin tarixi və mədəniyyəti, Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə düzgün məlumatlar çatdırmaq üçün yaxşı fürsətdir.
 Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası 1977-ci ildən təşkil olunur. Hər il sərgiyə 100 mindən çox ziyarətçi gəlir. Bu il sərgi sentyabrın 10-dək davam edəcək.

 Fəridə Abdullayeva
 AZƏRTAC-ın xüsusi müxbiri
 Moskva