11:01 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Moskvada 31-ci Beynəlxalq kitab sərgisi-2018

15-09-2018 14:10
469
Moskvada 31-ci Beynəlxalq kitab sərgisi-2018
31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 9-da başa çatmışdır. Uğurlu keçən sərgi müddətində stendimiz maraqla qarşılanmış, ziyarətçilər ölkəmiz haqqında onları maraqlandıran suallara cavab tapmış, milli nəşrlərlə tanış olmuş, maraqlananlara kitablar, müxtəlif təbliğat materialları hədiyyə edilmişdir. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilmiş, maraqla qarşılanmışdır. 
Sərgi çərçivəsində sentyabrın 8-də milli stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Avrasiya Xalqları Assambleyasının Media Mərkəzinin rəhbəri Lyubov Yelkina, Avrasiya Xalqları Assambleyasının Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş olmuşdur. Görüşdə 2019-cu ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunmuş, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülmüşdür.
Sərginin yekununda ugurla iştiraka görə milli ekspozisiyamiz diplomla mükafatlandırılmışdır.