13:08 Bazar Ertəsi, 16 Sentyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirib

14-02-2019 17:58
629
Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirib

  Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir. Səfər çərçivəsində Britaniya Kitabxanasında kitabxananın Avropa və Amerika kolleksiyalarının rəhbəri, Türk kolleksiyalarının kuratoru və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.

  Görüşdə kitabxana sahəsində əməkdaşlıq, Britaniya Kitabxanasında Azərbaycan kolleksiyalarında adların düzgün yazılması və ölkəmizə mənsubluğunun dəqiq göstərilməsi, kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsullarla həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb.

  Əbülfəs Qarayev qeyd edib ki, görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq ölkədə yeni kitabxana sisteminin formalaşdırılması üçün Britaniya təcrübəsinin öyrənilməsidir.