10:15 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

London Beynəlxalq kitab sərgisi – 2015

23-12-2015 12:35
419
London Beynəlxalq kitab sərgisi – 2015
 Londonda keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunacaq.
 Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, apreldə keçiriləcək sərgidə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi haqqında kitab və reklam çap məhsulları, "Hədəf” və "Qələm” nəşriyyatının məhsulları, həmçinin "Bakı-2015” Avropa Oyunları ilə bağlı broşür və bukletlər nümayiş etdiriləcək.
 Kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 100-ə yaxın ölkədən 400-dən çox nəşriyyatın iştirakı planlaşdırılır.