12:27 çərşənbə Axşamı, 20 Oktyabr 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Kitabxana Seyid Əzim Şirvaninin poetik dünyasından seçmələr təqdim edib

24-09-2020 19:02
161
Kitabxana Seyid Əzim Şirvaninin poetik dünyasından seçmələr təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın görkəmli şairi, maarifçi və pedaqoqu Seyid Əzim Şirvaninin poetik dünyasından seçmələri təqdim edib.

Sosial şəbəkə vasitəsilə izləyicilər bu dəfə Şirvan ədəbi məktəbinin görkəmli nümayəndəsinin "Üç dil” şeirini rus dilində dinləyiblər. Şeiri kitabxananın böyük metodisti Züleyxa Xəlilbəyova səsləndirib.

Seyid Əzim Şirvani - dahi Azərbaycan şairi, maarifçi, tərcüməçi, XIX yüzillikdə Azərbaycan ədəbiyyatının yeni tələblər əsasında təşəkkül tapıb inkişaf etməsində, təzə mövzu, fikir, janr, xarakter, obraz, təsvir və ifadə vasitələri ilə zənginləşməsində müstəsna xidmətləri olan görkəmli ədəbi simalardan biridir. Heç vaxt öz fikri – bədii təravətini itirməyən zəngin yaradıcılıq irsi Azərbaycan xalqının mənəviyyat xəzinəsinin parlaq inciləri kimi bu gün də məna və əhəmiyyətini, estetik dəyərini qoruyub saxlayır. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Bədii irsinin böyük əksəriyyətini qəzəl janrında yazdığı əsərlər təşkil edir.