09:13 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Frankfurt Beynəlxalq kitab sərgisi –2016

28-10-2016 14:19
385
Frankfurt Beynəlxalq kitab sərgisi –2016
 Oktyabrın 19-da Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası işə başlayıb.
 Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
 Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurum hər il xarici ölkələrdə keçirilən müxtəlif kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təqdim və təbliğ edir. Bu sırada Frankfurt yarmarkası nüfuzu, miqyası, iştirakçı və ziyarətçi sayı ilə xüsusi yer tutur. Ötən illərdə nazirliyin xətti ilə ölkəmiz bu sərgidə uğurla təmsil olunub, milli stendimiz çoxlu ziyarətçi cəlb edib.
 

 
 Builki sərgidə 56 kvadratmetr sahədə qurulan Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. Stendimizdə ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişafı, ədəbi nümunələrimizlə bağlı nəfis nəşrlər, digər çap məhsulları, ayrı-ayrı nəşriyyatların kitabları nümayiş olunur.
 Oktyabrın 22-də Azərbaycan stendində, Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, cari ilin "Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.
Oktyabrın 24-dək davam edəcək sərgi müddətində stendimizdə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.
 Qeyd edək ki, Avropada kitab sərgi mədəniyyətinin tarixi hələ XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır. 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab sərgi-yarmarkası hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadratmetrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır. Builki yarmarkanın fəxri qonağı Niderland Krallığıdır.