01:34 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Britaniya Kitabxanası

27-02-2019 13:23
693
Britaniya Kitabxanası

  Britaniya Kitabxanası ABŞ Konqres Kitabxanasını da geridə qoyaraq 170 milyonu keçən vəsaitlə dünyanın ən böyük kitabxanası hesab olunur.

  Britaniya Kitabxanası 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya  Kitabxanasında əvvəl az sayda kitab olmuşdur. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir.

  Bu gün Britaniya Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin müasir SD, DVD və mini-disklər mühafizə olunur.

  Mədəniyyət naziri Əbülfəs Qarayev bu ilin fevral ayında Böyük Britaniyada səfərdə olarkən Britaniya Kitabxanasında kitabxananın Avropa və Amerika kolleksiyalarının rəhbəri, Türk kolleksiyalarının kuratoru və digər məsul şəxslərin iştirakı ilə görüş keçirib.

  Görüşdə kitabxana sahəsində əməkdaşlıq, Britaniya Kitabxanasında Azərbaycan kolleksiyalarında adların düzgün yazılması və ölkəmizə mənsubluğunun dəqiq göstərilməsi, kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsullarla həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb.