13:09 Bazar Ertəsi, 16 Sentyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

“Bərpanəşr” layihəsinin kitabları qardaş ölkələrdə yenidən çap olunur.

25-02-2019 11:54
705
“Bərpanəşr” layihəsinin  kitabları qardaş ölkələrdə yenidən çap olunur.

      Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Bərpanəşr” layihəsi on ilə yaxındır ki, raritet kitabların yenidən çap olunub oxuculara təqdim olunmasında mühüm rol oynayır. Tariximizin unudulmaz səhifələrinə işıq salmaq baxımından, cəmi bir nüsxə qalmış bu kitabların yenidən nəşr olunması çox xeyirxah bir iş kimi dəyərləndirilməlidir. "Bərpanəşr” layihəsi  çərçivəsində yüzdən çox kitab içiq üzü görmüş, hətta bu kitabların bir neçəsi 2018-ci ildə Türkiyədə "Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilmişdir.

    1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda  keçirilmiş  böyük bir coğrafi məkanda yaşayan çoxsaylı Türk xalqlarının birliyinə həsr edilmiş I türkoloji qurultay tariximizdə dərin iz buraxmış hadisələrdəndir. 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə  "Bərpanəşr” layihəsi  çərçivəsində 1926-cı il nəşri əsasında yenidən çap olunan "Birinci ÜmumittifaqTürkoloji Qurultayı” ("Nağıl Evi” nəşriyyatı, naşir və redaktor Ələddin Əsədov) kitabı bu günlərdə Qazaxıstan naşirlərinin də diqqətini cəlb etmiş və onlar bu dəyərli kitabı nəşriyyatın icazəsi ilə nəşr edərək qazax oxucularının ixtiyarına vermişlər. Kitab  Əl-Fərabi adına Qazaxıstan Milli  Universitetinin "Kazak Universiteti” nəşriyyatı tərəfindən çap edilmişdir.  "Birinci ÜmumittifaqTürkoloji Qurultayı” kitabının təqdimatı tanınmış qazax ziyalılarının iştirakı ilə geniş şəkildə qeyd olunmuşdur. Təqdimatda Əl-Fərabi adına Qazaxıstan Milli  Universitetinin rektoru Qalimkair Mutanov, tanınmış şair Oljas Suleymenov, Azərbaycanın Almatıda baş konsulu Ramil Rzayev, Qazaxıstan Şərqşünaslıq İnstitutunun direktoru Absəttar Derbisali  və başqa tanınmış türkoloq və şərqşünaslar iştirak etmişlər. 1926-cı ildə Bakıda çap olunan kitabdan gətirilən sitatlar, qurultayın Qazaxıstan  nümayəndəsi Həlimcan Şərəfin ümumtürk əlifbası haqqında uzaqgörənliklə hələ keçən əsrin əvvəllərində dediyi sözlər təqdimat iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş  əlamətdar hadisə kimi tariximizə düşən I Türkoloji Qurultay aradan yüz ilə yaxın bir vaxt keçməsinə baxmayaraq bu gün də türk xalqlarının öz tarixi keçmişini öyrənmək baxımından   olduqca maraqlı ədəbi-tarixi hadisədir.