10:55 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi – 2017

17-12-2017 10:12
414
36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi –  2017
 İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyon ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
 Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov AZƏRTAC-a milli pavilyonumuzla bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan milli pavilyonunda 350-dən artıq adda və çox sayda kitab sərgilənib. Bölməmizə orta hesabla 14 min ziyarətçi daxil olub. Burada sərgilənən kitablar sonda ziyarətçilərə paylanılıb. Bundan başqa, sərgi çərçivəsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Eyni zamanda, şairin həyat və yaradıcılığına həsr olunan əsərlərin, eləcə də nazirliyin layihəsi əsasında Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən qardaş ölkədə türk dilində nəşr olunan görkəmli yazıçı və şairlərimizin əsərlərinin təqdimatı keçirilib. Bölmənin fəaliyyəti və təqdimatlar KİV tərəfindən geniş işıqlandırılıb.
 

 
 Bu cür sərgi-yarmarkalarda təmsil olunmağın xarici ölkələrin nüfuzlu kitab istehsalçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması baxımından da əlverişli fürsətlər yaratdığını qeyd edən A.Cəfərov vurğulayıb ki, Azərbaycan bölməsində "Azərnəşr”, "Kaspi Nəşrləri”, "Hədəf Nəşrləri”, "Altun kitab”, "Qələm” və "Parlaq imzalar” nəşriyyatları üçün də öz kitablarını nümayiş etdirməyə əlverişli şərait yaradılıb.
 


 Sabir Şahtaxtı
 AZƏRTAC-ın xüsusi müxbiri
 İstanbul