12:09 çərşənbə Axşamı, 20 Oktyabr 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Roma-Kelsus kitabxanası

15-11-2019 16:25
94
Roma-Kelsus kitabxanası
                                                                        Roma – Kelsus Kitabxanası

Qədim Roma – bu ad, tarixin ən böyük və ən uzunmüddətli imperiyalarından birinin, bir neçə mədəniyyəti öz ağuşuna almış bir dövlət quruluşunun və böyük bir ərazinin coğrafi adıdır. Bu imperiya uzun müddət bir neçə mədəniyyəti özündə birləşdirmiş, mənimsəmiş və mədəniyyət tarixinə böyük töhfələr vermişdir. Qədim Roma-əvvəlcə şəhər, sonra dövlət, daha sonra imperiya olmaqla Kiçik Asiyanı, Avropanın qərb və cənub-şərq hissələrinin, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu əraziləri əhatə edirdi. Romanın tarixi üç dövrə bölünür – çarlıq dövrü (e.ə. 754/753- e.ə. 510/509), respublika dövrü (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya dövrü (e.ə. 30- eramızın 193 ili). Roma şəhərinin əsası rəvayətə görə e.ə. 754/753-cü ildə Eneyin varisləri Romul və Rem tərəfindən qoyulmuşdur.

    Roma dövləti imperiyaya çevrildikdən sonra onun paytaxtı Roma Aralıq dənizi sahillərində ən böyük şəhər oldu və eramızın başlanğıcında artıq bu şəhərdə 1 milyondan artıq əhali yaşayırdı. İmperiya daxilində bir neçə mədəniyyətin bir-birinə qarışması burada çoxşaxəli mədəni intibaha səbəb olmuş, köklü mədəniyyətin, incəsənətin, ədəbiyyatın, elmin formalaşmasına təkan vermişdir. Romanın tarixində sivilizasiyaya görə mədəniyyətin intibahının daha erkən və daha sürətli baş verməsinin səbəbi tarixin ən qədim və dolğun mədəniyyətlərindən olan yunan mədəniyyətinin mənimsənilməsi idi. Roma teatrlarında yunan və Roma müəlliflərinin tragediyalarını və komediyalarını tamaşaya qoyurdular. Yunanıstanda teatrlarla tanış olmuşPompey yunanların memarlıq üslubunda Romada daşdan ilk teatrı tiktirmişdir. Roma yazılı ədəbiyyatının əsası e.ə. IV-III əsrlərdə Anni Klavdi tərəfindən qoyulmuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik "Odisseya” ilə bərabər digər yunan faciə vəkomediyalarını latın dilinə çevirmişdir. Millieposunbanilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərinilatın dilinə çevirir və bu əsərlər əsasında latın dilində əsərlər yaradırdı. O, "İliada” və "Odisseya”nı təqlid edərək "Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdəne.ə. IIəsrə qədər olanRoma tarixindən bəhs olunur. Onu da qeyd etmək lazımdır ki,Romada böyük şöhrət qazanan komediyajanrında da mövzu və ideya cəhətdən yunankomediyaları təqlid edilirdi.

    Təbii ki, həm yunan mədəniyyətində yazı ənənələrəinin erkən formalaşması, həm də bu mədəniyyətin təsirilə Romada imperiya dönəminin ilkin mərhələlərində yazılı ədəbiyyatın inkişaf etməsi, imperiya sərhədləri daxilində kitab və kitabxana fəaliyətlərini zərurət halına gətirmiş və bu coğrafi ərazidə həm dövrün memarlıq üslubunu özündə əks etdirən böyük kitabxana binalarının inşa edilməsinə, həm də içərisində minlərlə yazılı bağlamaları və kitabları əsrlərlə qoruyan kitabxanaların təsis edilməsinə səbəb olmuşdur. Sonrakı dövrlərdə aparılan arxeoloji qazıntılar sübut edir ki, imperiyanın sərhədləri boy, demək olar, bütün şəhərlərdə xüsusi kitabxanalar mövcud olmuşdur.

Dünyanın ən qədim, ən böyük və ən zəngin kitabxanaları arasında Roma kitabxanaları xüsusi yer tutur. Bu yazıda da biz mədəniyyət tarixində böyük əhəmiyyətə sahib olan bir kitabxanadan bəhs edəcəyik. Bu kitabxana Roma ərazisindən tapılmış Kelsus kitabxanasıdır ki, dünyanın ən qədim kitabxanaları arasında böyüklüyünə və fond zənginliyinə görə İsgəndəriyyə kitabxanasından sonra ikinci yeri tutur.

    Kelsus kitabxanasının binası, Roma imperiyasının ən qədim şəhərlərindən biri olan Efes şəhərində yerləşir. Romalı memar Vitruoyanın əsəri olan, xarici görünüşündə dövrün yunan memarlıq üslübunu əks etdirən bu tarixi abidə, Efes valisi K. Kelsusun vəfatından sonra, oğlu tərəfindən atasının şərəfinə 135-ci ildə inşa edilmişdir. Bina, kitabaxana mahiyyəti daşımaqla yanaşı, həm də Kelsusun qəbir abidəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Kelsusun qəbri isə binanın qərb divarının altında yerləşir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğlu Aqulianın həyat və fəaliyyətlərini əks etdirən tablo rolunu oynayır.

    Efes şəhəri qədim tarixin ən önəmli fəlsəfə və mədəniyyət mərkəzlərindən biri idi. Eyni zamanda da liman şəhəri idi. Şəhərin, dəniz ticarət yolu üzərində yerləşməsi onun mədəni və tarixi əhəmiyyətini artırırdı. Məhz bu səbəbdən də şəhərə davamlı olaraq şairlər, mədəniyyət xadimləri, elm adamları təşrif buyururdular. İlk dönəmlərdə sırf şəhər əhalisinin istifadəsi üçün nəzərdə tutulmuş Kelsus kitabxanası da sonradan şəhərə gələn sənət və elm adamlarının tez-tez gəldiyi bir elm ocağına çevrilmişdir.

    Kelsus kitabxanasının zəngin fondu özlüyündə 14 minə yaxın yazılı bağlamanı və kitabları əhatə edir. Kitabxananın içərisində bəzi mühüm kitablar divarda oyulmuş rəflərdə yerləşdirilmişdir. Kitabxana uzun müddət Efes şəhərinin əhalisi üçün fəaliyyət göstərmişdir. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxu zalı yanmış, sonra təmir edilmişdir. Daha sonra orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana yenidən dağılmış və yararsız vəziyyətə düşmüşdür.

    Kitabxananın giriş qapılarında və divarlarında həkk olunmuş yazılar, kitabxananın tarixi və adını daşıdığı K. Kelsusun fəaliyyətləri haqqında məlumatları əhatə edir. Qəbir abidəsinin üzərində və divarlardakı yazılarda Kelsusun əslən sərdəşli olduğu, Roma imperiyasında müxtəlif dövlət vəzifələrində çalışdığı və nəhayət Efes və ətraf kəndləri əhatə edən böyük bir vilayətin valisi olduğu qeyd olunur. Ortadakı giriş qapısının yanında olan divardakı yazıda isə kitabxana binasının, oğlu Aqulia tərəfindən atası Kelsusun şərəfinə inşa olunduğu və münasibətlə həm tikinti işləri üçün, həm də kitabxanaya kitabların alınması üçün onun tərəfindən 25.000 dinar miqdarında pul bağışlandığı və kitabxananın bu pulla son miras sahibi Ariston tərəfindən tam olaraq hazırlandığı qeyd olunub. 16 metr hündürlüyündə inşa edilən kitabxana binası 2 mərtəbəlidir, ikinci mərtəbəsinə çıxmaq üçün 9 pilləli pilləkəndən istifadə olunan binanın hər mərtəbəsində o dövrün yunan memarlıq üslubuna uyğun olan heykəllər və müxtəlif fiqurlardan istifadə olunmuş memarlıq nümunələri yerləşdirilmiş və düz sütunlardan istifadə olunmuşdur. Birinci mərtəbədəki sütunların arasında Kelsusun müdrikliyi (Sophia),şücaəti (Arete), biliyi (Episteme), qüdrətli və mühakiməçiliyini (Ennoia) əks etdirən heykəllər üstünlük təşkil etmişdir. İkinci mərtəbədə 8 sütun arasında bağlama üsulu ilə hazırlanmış pəncərələr, birinci mərtəbədəki qapılara paralel olaraq yerləşdirilmişdir.

Kitabxananın qərb divarının qarşısında Efesin böyük Ticarət meydanı yerləşir. Meydanın girişində tağvari üslübda hazırlanmış üçtərəfli giriş qapısının üzərində bazardakı ticarət qaydaları və endirim qiymətlərini əks etdirən lövhələr asılmışdır. Meydanın içərisində üçtərəfli sıralanmış dükanlarda müxtəlif əl işləri və sənət nümunələri satılırdı.

    Kitabxananın fasadı tez oyananları ənənəvi salamlamaq üçün yüksələn günəşə doğru yönəldilmişdir. Birinci və ikinci mərtəbədə sütünların taxçalarına yerləşdirlimiş heykəllər bu gün orijinalların surətləridir. Kitabxananın ikinci mərtəbəsində sütunların arasında bağlama üsulu ilə yerləşdirilmiş pəncərələr, birinci mərtəbədəki qapılara paralel olaraq yerləşdirilmişdir. 262-ci ildə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxu zalı yanmış və sonralar həmin hissədə Roma-Fars müharibələrini əks etdirən lövhələrlə əhatə olunmuş su hovuzu inşa edilmişdir. Hovuzun üzərində imperator Lukius Verusun fəaliyyətlərini əks etdirən lövhələr də mühüm əhəmiyyət kəsb edir ki, bu lövhələrin bir hissəsi Vyana muzeyində, bir hissəsi isə Səlcuq- Efes muzeyində saxlanılır.

    Kitabxana 1910-cu ildə Avstriya Arxeoloji İnstitutunun yardımı ilə bərpa edilmiş, kitabxanada yerləşdirilmiş bir çox memarlıq və başqa sənət sahələrinə məxsus sənət nümunələrinin, o cümlədən bu heykəllərin orijinalları Vyana Ephesos muzeyində yerləşdirilmişdir. Kelsus kitabxanası 1978-ci ildə yenidən aparılan restavrasiya nəticəsində 9 ballıq zəlzələyə tab gətirəcək bir hala gətirilmiş, kitabxananın həm daxilində, həm də həyətində yenidənqurma işləri aparılmışdır.

MüəllifSahib Nəbiyev