12:51 çərşənbə Axşamı, 20 Oktyabr 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Misir-İsgəndəriyyə kitabxanası

24-11-2019 16:11
100
Misir-İsgəndəriyyə kitabxanası
                                                                        Misir - İsgəndəriyyə kitabxanası (Antik və müasir dövr )
Qədim Misir-dünyanın elmi təqdiqatlarla məşğul olan institutularını və fərdi heyətlərini heyrətə gətirən ölkə, böyük mədəniyyət mərkəzi…Misir dedikdə ilk öncə ağıla piramidalar gəlir. Bir çox tarixçilər bu ölkəni hətta "Piramidalar ölkəsi” də adlandırmışlar. Dünyanın qədim mədəniyyətlərini araşdıranda bu mədəniyyətlərin formalaşdığı və tədqiqatların aparıldığı coğrafiyada şumerlərin məskunlaşdığı ərazilər, qədim Mesopotamiya və Assuriyayla yanaşı Misir də ən önəmli yerlərdən birini tutur. Bu ərazi nəinki Yaxın və Orta Şərqin, ümumiyyətlə, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən sayılır. İstər xronologiya, istər sosiologiya, istərsə də tarixi əhəmiyyət daşıyan digər elm sahələrinə aid tədqiqatlar zamanı antik və orta əsrə aid mədəniyyət abidələri və nümunələri insan davranışlarının təkamül prossesi və bu davranışların toplumlarda mədəniyyət səviyyəsinə necə yüksəlməsini öyrənməkdə qədim Misir ərsazisi böyük əhəmiyyət kəsb edir. "Sirli kitab məbədləri” adlı məqaləmizdə mədəniyyətin, sənətin, yazı ənənələrinin, kitab və kitabxanaçılıq fəaliyyətlərinin meydana gəlməsində dövlətin, dövlətçiliyin və toplumlardakı elit təbəqənin mühüm rol oynadığını qeyd etmişdik. Misirin də dünya mədəniyyətlərinin araşdırılmasında mühüm coğrafi mövqe hesab olunmasında dövlət və dövlətçilik amilləri mühüm rol oynayır. Belə ki, e.ə. VI-V minilliklərdə İbtidai icma quruluşunun dağılması zamanı Misirdə erkən dövlət qurumları yaranmağa başlayır və bu prosses sivilizasiyanın inkişafında təkan rolunu oyanayır. Sonrakı dövrlərdə isə bu prossesin mahiyyəti Misirin böyük mədəniyyət mərkəzinə çevrilməsi fonunda özünü göstərir. Mədəniyyətin əsas sahələrindən sayılan kitab və kitabxanaçılıq fəaliyyətlərini araşdırdığımız zaman dünyanın ən qədim kitabxanalarından bir neçəsinin, xüsusilə də həm antik və orta əsrlərdə, həm də müasir dövrdə dünyada böyük əhəmiyyətə sahib İsgəndəriyyə kitabxanasının Misirdə olması heç təsadüfi deyildir.

Eramızdan əvvəl 290-cı ildə Ptolomey Filadelfin dövründə yaradılmış İsgəndəriyyə kitabxanası dövrmüzün ən qədim kitabxanası hesab edilir. Kitabxanaya adı verilmiş İsgəndəriyyə şəhəri, eramızdan əvvəl 332-ci ildə Böyük İsgəndər tərəfindən yaradılıb.

Burada əsərlər papiruslar üzərində yazılaraq rulonlar formasında qorunurdu və kitabxanada 900 minə yaxın əlyazma olduğu qeyd olunur. Bu kitabxana dövrünün nəşr evi funksiyasını daşıyırdı və Misirə gətirilən bütün kitablar ilk öncə İsgəndəriyyə kitabxanasına aparılır, kitabın bir nüsxəsi çap edilərək sahiblərinə verilirdi.

İsgəndəriyyə kitabxanası o dövr mədəniyyətinin ən mühüm abidəsi olduğuna görə bir çox dövlətlərin daim diqqət mərkəzində olmuşdur. Kitabxananın dağılması haqqında bir çox məlumatlar olmasına baxmayaraq, bu mövzu hələ də mübahisəli olaraq qalır. Bir çox tarixçilər belə güman edirlər ki, İsgəndəriyyə şəhəri qarşısında Aralıq dənizi sahilində Yuli Sezar 101 gəmi yandırmış və yanğın kitabxanaya qədər çataraq zərər vurmuşdur. Digər bir araşdırmaya görə isə Roma qubernatoru Teopilos, imperator Teodiusun əmri ilə kitabxanada bəzi bütpərəstlik inancına töhfə verdiyi üçün kitabxanadakı əsərləri yandırmışdı.

   Kitabxananı bərpa etmək üçün ilk təşəbbüs 1974-cü ildə oldu. Lakin, heç bir faktiki addım atılmadı, yalnız 80-ci illərdən sonra bərpa üçün addımlar atıldı. Birinci addım kitabxananın bərpası üçün Misir prezidenti sərəncam verdi və bu sərəncamda kitabxananın UNESCO-nun yardımı ilə bərpa edilməsini bəyan etdi.

Kitabxana rəsmi olaraq 2002-ci il 17 oktyabrda qədim kitabxananın yerləşdiyi yerdə təsis olunub, Misir və digər dünya xalqlarının üzünə açıldı.

   Müasir kitabxana xüsusi formada tikilmişdir və Əl-Şətbidə yerləşir. Kitabxana kənardan oval formadadır. Bu kitabxana ictimai tədqiqat kitabxanası kimi fəaliyyət göstərir və ərəb dünyası, Yaxın Şərq xalqlarının müxtəlif elm sahələrində çalışan alim və tədqiqatçıları üçün xüsusi əhəmiyyət daşıyır.

   İsgəndəriyyə kitabxanası dünyada ilk dijital kitabxanadan, 8 milyon kitab olan zaldan, 6 xüsusi kitabxanadan, 3 muzeydən, 2 qalereyadan, 6 incəsənət sərgi zalından, internet arxivindən, audio və vizual kitabxanadan, gözdən əlil insanlar üçün xüsusi kitabxanadan, uşaqlar və yeniyetmələr üçün kitabxanadan, mikrofilm kitabxanasından, nadir kitablar kitabxanasından və konfrans mərkəzindən ibarətdir. Hal-hazırda İsgəndəriyyə kitabxanası həm antik və orta əsr, həm də müasir dövr kitabxanaları arasında ən qədim, ən böyük və ən zəngin kitabxanalardan sayılır.