07:32 çərşənbə, 23 Oktyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Qədim kitablar

11-06-2018 13:00
1095
Qədim kitablar

Qədim kitablar


          3."Diamond Sutra”. Dünyanın qədim mədəniyyətləri araşdırıldıqda Çin mədəniyyətinin ən qədim mədəniyyətlər sırasında yer alması və xüsusi əhəmiyyət kəsb etməsi mədəniyyət tarixinin danılmaz həqiqətidir. Xüsusilə kitab və kitabxanaçılıq fəaliyyətlərində tarixin antik dövrlərindən bu yana olan göstəricilər Çində qədim və çoxşaxəli, köklü bir mədəniyyətin mövcudluğundan xəbər verir. Mədəniyyətlər yazıldıqca və nəsildən-nəslə ötürüldükcə öz mövcudiyyətini qoruya bilir. Çin mədəniyyətinin qorunmasında da bu coğrafiyada erkən dövrlərdə yazı mədəniyyətinin formalaşması və xüsusilə yazılı dilin formalaşmasında və inkişaf etməsində ən asan vasitə sayılan kağızın bu coğrafiyada ixtira olunması mühüm rol oynayır.

 


Qeyd etdiyimiz kimi, dünyanın ən qədim mədəniyyətləri sırasında yer alan qədim Çin mədəniyyəti, təbii ki, yazıya alınıb, qədim kitabların vərəq parçaları arasında qorunub saxlanmış, bu, eyni zamanda ən qədim kitabların meydana gəlməsinə səbəb olmuşdur. Dünya tarixində qeydə alınmış və sonralar elmi araşdırmalar zamanı üzə çıxmış ən qədim kitablardan biri də Çində tapılmışdır. Çinin cənub-qərbində yerləşən əyalətlərindən birində tapılan "Diamond Sutra” adlı bu kitabın e.ə. 868-ci ildə yazıldığı söylənilir. "Diamond” - ingilis dilində "almaz”, "sutra” isə "dini məlumat, moizə, xütbə” anlamına gəlir.

Kitabda qeyd olunan məlumatlar Buddanın təlimlərini, eyni zamanda onun öz şagirdlərinə müraciətlərini, xüsusilə də şagirdlərindən biri olan Sübhutiyə söylənən sözləri və nəsihətləri əhatə edir. Cəmi 7 səhifədən ibarət olan bu kitabın 6 səhifəsi mətn, 1 səhifəsində isə Budda və şagirdlərini əks etdirən bir tablo yer alır. Tablonun üzərində Buddanın kişi və qadın müridləri və iki pişik şəkli təsvir edilmişdir. Kitabın ölçüləri 30x75 sm, özü isə ağacdan hazırlanmış xüsusi qəliblə çap olunmuşdur.

"Diamond Sutra” 1900-cü ildə teist bir rahib tərəfindən Türküstanın Tunhuanq vilayətində yerləşən Bin Buda mağaralarından birində, bir divarın təməl hissəsindən tapılmışdır. Kitabla bərabər həmin mağaradan eyni zamanda 1300 ədəd başqa əlyazmalar da tapılıb, üzə çıxarılmışdır.

Kitabın sonunda: " 11 May 868-ci ildə çox hörmətli əcdadlarını yad etmək məqsədilə, eyni zamanda heç bir maddi qarşılığı olmadan, təmənnasız olaraq paylanılması şərtilə Vanq Chieh tərəfindən çap edilmişdir” ifadəsi qeyd olunmuşdur.

         4. Sun Tzu – "Döyüş sənəti” - e.ə. 600-500-cü illər arasında yazıldığı iddia olunur.

Yaşam tarixi dəqiq bəlli olmayan, e.ə. 500-cü illərdə yaşadığı təxmin olunan çinli filosof və sərkərdə Sun Tzu Qədim Çin tarixinin ən böyük fikir adamlarından biridir. Yaşadığı dönəmdə qələmə aldığı "Döyüş sənəti” adlı kitab ümumdünya tarixinin ən qədim kitablarından sayılmaqla yanaşı, həm də ən qədim döyüş strategiya qaydalarını özündə əks etdirir.

Kitab on üç bölümdən ibarət olmaqla 384 döyüş qaydasından bəhs edir və əski Çin dilində yazılıb. Müstəqil tədqiqatçılar, bir neçə bölümdə qədim dövrlərdə Çinin əyalət-əyalət bir-birilə döyüşən müxtəlif tayfaları və onların döyüş qaydaları haq-qında məlumatların yer almasına görə, bu əlyazmaların Çində "Döyüşən Bəyliklər” (e.ə 480-221) dönəmində toplanıb kitab halına gətirildiyini və o cümlədən bu coğrafiyada tayfa-tayfa parçalanmış əha-linin Ustad Tzunun rəhbərliyi altında bir-ləşdiyini düşünürlər.

 


                             Sun Tzunun Yaponiyada, Yurihama – Tattoridəki heykəl

 

"Döyüş sənəti” həm də siyasi baxımdan dünyanın ən önəmli kitablarından biri hesab olunur. XX əsrə kim, demək olar, bir çox liderlər bu kitabdan yararlanmış və indi də istifadə etməkdədirlər. Sun Tzunun yazdığı bu kitab əsrlərdir öz aktuallığını itirmir və günü bu gün də dünyanın əksər hərbi akademiyalarında neçə-neçə seminarın mövzusu olmuş və bu kitab haqqında yüzlərlərlə elmi iş yazılıb, dissertasiyalar müdafiə olunur. "Vasitəli Strategiya” terminini ilk dəfə ifadə edən Liddel-Hart öz fikirlərinin formalaşmasında Sun Tzuya borclu olduğunu dilə gətirir.

Kitabda Sun Tzunun "Həqiqi qələbə” haqqında qeyd etdiyi fikirlər bir çox hərbi dərsliklərdə yer almış və müharibə strategiyası sahəsində ən məşhur şüarlardan bierinə çevrilmişdir: "Həqiqi qələbə, döyüşmədən qazanılan qələbədir. Həqiqi rəhbər, döyüşmədən qazanan rəhbərdir”. Bu yazılar Tao (Yol) məlumatlarından təsirlənərək, döyüş sənəti üzərinə yorumlanıb yazılan ən təsirli yazılardır. Tao məlumatlarına görə kainatın bütövlüyünə, nizamlı hərəkətinə, harmoniyasına qarşı hər növ müdaxilə bəşəriyyətin tükənməsinə aparan yol sayılır, bunun qarşılığında mövcud nizama uymaq doğru yol hesab olunur və bütün insanların buna əməl etməsi məsləhət görülür.

Müəllif: Sahib Altay