10:21 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Heydər Əliyev Mərkəzində "Oxu Günü"

11-06-2018 11:53
555
Heydər Əliyev Mərkəzində
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

"Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq. "Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olundu. Tədbir iştirakçılarının yazarlarla görüş və kitablarını imzalatmaq imkanı oldu.

"Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış etdilər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, "flaşmob” və digər təqdimatlar oldu.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirildi. Nəşrlər tərəfinfən iştirakçılara həm ödənişsiz payladı, həm də güzəştli şərtlərlə satıldı.Bu gündə Respublika Kitabxana Kollektoru da oxuculara öz kitablarını hədiyyə etdi.